Vurğun Əyyub Müsavat rəhbərliyini ittiham etdi

"Müsavat Partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı zalın qapılarını açmadıqlarından məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər". "Olaylar"ın məlumatına görə, yaxın günlərdə Müsavat üzvlüyündən çıxarılan Vurğun Əyyub belə deyib. V.Əyyub Müsavat rəhbərliyini hakimiyyət işləməkdə ittiham edib. "Etiraz edənlərin şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini polis dəyənəyindən canları hesabına qoruyanlar, liderlərinə "Primakov agenti", "qorxaq", "iradəsiz!, "satqın" böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?" - deyə Vurğun Əyyub qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00