Vurğun Əyyub toplantı keçirdi

Mayın 6-da Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyubun sədrliyi ilə İdarə Heyətinin toplantısı keçirilib. "Olaylar"ın məlumatına görə, İdarə Heyətinin üzvlərinə Bakı şəhər TK sədrlərinin, ADR Hərəkatı Suraxanı, Füzuli və Sumqayıt şəhər TK-nin toplantıları və qeyd olunan TK-də yeni üzvlərin qəbulu haqqında məlumat verilib. Ölkədəki ictimai- siyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.Toplantıda bir sıra qərarlar qəbul edilib. ADR Hərəkatı İH-nin reqlamenti qəbul olunub. ADR Hərəkatı Ali Məclisinin toplantısının may ayının 28-də keçirilməsi barədə razılığa gəlinib. Sonda cari məsələlərə baxılmış və qəbul edilən qərarların icrası üçün müvafiq tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00