Prezident açılış etdi

İlham Əliyev veteranlar üçün inşa olunan yeni binanın açılışında iştirak edib

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər. Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub. Daha sonra dövlət başçısı veteranlarla görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00