Moskva səfəri mayın 10-na qaldı

Almaniya kansleri sülh danışıqları üçün qələbə gününü seçmədi

Almaniya kansleri Angela Merkel mayın 10-da Moskvada prezident Vladimir Putinlə Ukrayna böhranını müzakirə edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin siyasi məsələlər üzrə müşaviti Yuri Uşakov məlumat verib.

Angela Merkel mayın 10-da bu münasibətlə Moskvada Putinlə birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Merkel Nasist almaniyası üzərində qələbənin 70 illiyi ilə bağlı mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

Həmçinin bir çox qərb ölkələri Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə, bu tədbirə qatılmaqdan imtina ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00