Müsavat komsomol zehniyyətlilərin işğalından xilas olmalıdır
6 May 2015 18:15 Siyasət"Özünə təskinlik verənlər partiyanın heç bir zaman dağılmayacağını deyir. Fəqət anlamırlar ki, Müsavatın zəifləyərək mövcud duruma düşməsi, dərnəyə çevrilməsi elə dağılma kimi bir şeydir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri sabiq müsavatçı, Azərbaycan Demokratik Rifah Hərəkatının üzvü Səxavət Əlisoy səsləndirib. Bildirib ki, partiya qurultaydan sonra cəmiyyətin diqqətini çəkən nə bir aksiya, nə bir dəyirmi masa keçirməyə nail olub: "Bütün enerjiləri ADR Hərəkatına qarşı yönəlib. 10-15-20 il ömrünü Müsavata həsr etmiş insanları "xəyanətkar" elan edib partiyadan uzaqlaşdırırlar. Partiyada təkcə cəza mexanizmi işləyir, sanki təməl prinsiplərdən biri də cəza imiş. Ən acınacaqlısı odur ki, bir dəstə adam qurultay eyforiyasından sonra rasional düşünmədən məhrum olub. Əmin olun, ADR tərəfdarları ilə "haqq-hesab" bitdikdən sonra o bir dəstə adam biri-birinə girəcək, əsl həngamə o zaman başlayacaq". Səxavət Əlisoy bildirib ki, partiyanı xilas etmək üçün bu gün Müsavat Partiyasında üzv olaraq qalmaqda davam edən, kimsəyə biyyət etməyən, demokratik fikirli insanlar susmamalıdır: "Müsavat komsomol zehniyyətlilərin işğalından xilas olmalıdır. Hacılı və ona sadiq 10-15 adam tarixi bir partiyanı məhvə aparır. Müsavatın yeganə çıxış yolu Hacılı və dəstəsini layiq olduqları yerdə oturtmaqdır".