"Müsavat"da böyük üsyan

Partiya üzvləri bina qarşısına toplaşaraq başqanın istefasını tələb edirlər

"Müsavat" partiyasının binası qarşısında etiraz aksiyası keçirilir. ANS PRESS-in əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, narazı kütlə partiyadan çıxarılanlarların yenidən bərpasını istəyiblər. Təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb. Etirazçılar "Müsavat" başqanının yenidən seçilməsini tələb edirlər. Etirazçıların əllərindəki plakatlarda "növbədənkənar qurultay çağırılsın" sözləri qeyd olunub. "Müsavat" Partiyasının başqanı Arif Hacılı isə etiraz aksiyasına reaksiya göstərməyib.

Qeyd edək ki, hazırda etiraz aksiyası davam edir. Narazı kütlə bəyanat oxuyaraq "Müsavat" partiyasına tələblərini bildirəcəklər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00