Keçmiş müsavatçıdan Arif Hacılıya ironiya

Səxavət Əlisoy: “Pul, sərvət itirmək, faciə deyil. Faciə başı itirməkdir”

"Arif Hacılının yaxın dostu Gürcüstanın müdafiə naziri olacaq. Onun yardımçılarından biri paylaşıb bu müjdəni". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Demokratik Rifah Hərəkatının üzvü Səxavət Əlisoy facebook profilində qeyd edib: "Adam demək istəyir ki, Hacılı parlament və sonra da prezident seçkilərində namizəd olsa, gürcüstanlı dostu tabeçiliyində olan bütün qüvvələri onun qələbəsinə yönəldəcək". Səxavət Əlisoy bildirib ki, pul, sərvət itirmək, faciə deyil: "Faciə başı itirməkdir. Baş itərsə, insan nə ilə öyünəcəyinin belə fərqində olmur. Səni başını itirənlər nə günə saldı, Müsavat. Heyf".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00