ADP dünya ictimaiyyətinə müraciət etdi

Dağlıq Qarabağda keçirilən seçkilər beynəlxalq hüquqa ziddir

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi parlament seçkilərinin nəticələrinə münasibət bildirib və bu seçkilərin Azərbaycanın suverenliyinə zidd bir hərəkət olması ilə yanaşı beynəlxalq hüququn əleyhinə yönəlmiş bir addım kimi dəyərləndirib. ADP dünya ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yönələn və beynəlxalq hüququn tələblərinə zidd olan bu seçkilərin nəticələrini tanımamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00