Müsavat Partiyası artıq dərnək maraqları ilə idarə olunur
4 May 2015 17:37 Siyasətİsa Qəmbərin Vurğun Əyyuba verdyi dəyər 1 manata da dəymirmiş. Vurğun Əyyub 25 il Müsavat Partiyasına xidmət etdi. Sonda 1 manat üzvülük haqqı ödməməyə görə İsa Qəmbər onu partiyadan xaric etdi. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı səsləndirib. Bildirib ki, bu dünyagörüşlə İsa Qəmbər prezident olmaq istəyirdi:"Yaxşı ki, 2003-cü ildə İlham Əliyev prezident oldu. Yoxsa İsa Qəmbər bu cür dünyagörüşlə Avqust Pinaçetdən artıq diktator olardı. Bu faktın özü onu deməyə əsas verir ki, Müsavat Partiyasının heç vaxt Məmməd Əmin Rəzulzadə irsinə adiyyatı olmayıb. Müsavat partiyası İsa Qəmbərindir və bu partiyanı özü yaradıb. Kimsə onun dediyini demirsə, dərhal cəzalandırılır. Bolşeviklər kimi". Niyaməddin Orduxanlı deyib ki, İsa Qəmbərdən çox yaxşı bolşevik çıxar: "Müsavat Partiyası artıq dərnək maraqları ilə idarə olunur".