Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edildi
4 May 2015 17:08 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00