Müsavatda vəziyyət kəskinləşir: Partiya üzvləri rəhbərliyə qarşı

Müsavatın Divan üzvü Vurğun Əyyubun təşkilatdan çıxarılması partiya üzvləri tərəfindən narazılıqla qarşılanıb. Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı V.Əyyubun qurumdan kənarlaşdırılması barədə yayılan məlumatları təkzib etsə də, müsavatçılar tərəfindən partiya rəhbərliyini tənqid etmələri nəzərdən yayınmayıb. "Olaylar"ın məlumatına görə, Müsavat üzvü Amid Süleymanov Müsavatın sabiq başqanı İsa Qəmbəri baş verənlərə görə sərt şəkildə tənqid edib. "İlk öncə Qubad İbadoğlunun, dünən isə Vurğun Əyyubun Müsavat sıralarından çıxarılması İsa Qəmbərin tərcümeyi-halına qara ləkə kimi düşdü" - deyə A.Süleymanov qeyd edib. Digər partiya üzvü Xalid Kazımlı da Vurğun Əyyubun Müsavatdan uzaqlaşdırılmasını etirazla qarşılayıb: "Vurğun Əyyubun Müsavatdan çıxarılmasına ciddi etirazım var. Belə hərəkat, cəbhə, partiya yoldaşlığı olmaz". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00