Azərbaycanda o ssenarilərin həyata keçməsi mümkün deyil
4 May 2015 14:54 SiyasətDemokratiya və insan haqları məsələsi "Human Rights Watch" və ABŞ Dövlət Departamentinə bağlı olan başqa təşkilatlar üçün bu qədər önəmlidirsə, niyə uzağa gedirlər? Onlar bir dəfə də polisin qaradərili əhaliyə divan tutduğu Baltimordakı vəziyyəti müzakirə etsinlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri müstəqil ekspert Abas Məhərrəmli Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan beynəlxalq təzyiqlərə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, Baltimor və Ferqyusonda baş verən zorakılıqlardan söz düşəndə, bunu özlərinin "daxili işi adlandırırlar", amma başqa ölkələrin gözündə tük axtarırlar: " O "tük"ü tapmayanda da nə isə böhran yaratmağa çalışırlar. Amma özləri də bilir ki, Azərbaycanda o ssenarilərin həyata keçməsi mümkün deyil. Azərbaycan ABŞ-ın, Qərb ölkələrinin geniş nümayəndə heyətləri göndərəcəyi Avropa Oyunlarını da, başqa beynəlxlaq tədbirlər kimi yüksək səviyyədə həyata keçirəcək"