Müsavatda ciddi etirazlar başladı
“Belə hərəkat, cəbhə, partiya yoldaşlığı olmaz”
4 May 2015 12:50 SiyasətMüsavat partiyası Binəqədi rayon təşkilatının qərarı ilə sabiq Məclis üzvü Vurğun Əyyub partiya sıralarından çıxarılıb. Müsavatın bərpasında iştirak etmiş, uzun müddən Müsavatın baş katibi, başqanın birinci müavini olmuş, hərəkatçılar arasında ciddi hörməti olan Vurğun bəyə qarşı ədalətsizlik Müsavatda ciddi etirazlara səbəb olub. Müsavat partiyasının üzvü, musavat.com saytının redaktoru Xalid Kazımlı facebook sosial şəbəkəsində buna etiraz edib. Jurnalist yazıb ki, Vurğun Əyyubun Müsavatdan çıxarılmasına ciddi etirazım var: "Belə hərəkat, cəbhə, partiya yoldaşlığı olmaz!" Qeyd edək ki, ondan öncə sabiq Müsavat üzvü Qubad İbadoğlu Vurğun Əyyubun partiyadan çıxarılmasına etiraz etmiş, bunu "partiyanın tarixində qara ləkə" adlandırmışdı.