Qərb Azərbaycana qarşı münasibətdə qeyri-səmimidir
1 May 2015 16:42 Siyasət"Qərbin Azərbaycana qarşı ikili standartları davam etməkdədir". Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, Qərbin bu münasibəti Azərbaycana qarşı bütün addımlarında hiss olunur: "Qərb Ukraynada baş verən hadisələrə görə dərhal Rusiyaya sanksiyalar tətbiq etmək barədə qərar qəbul etdi və onun reallaşması üçün lazımı addımlar atdı. Azərbaycanın torpaqlarını 20 ildən artıq işğal altında saxlayan Ermənistana qarşı isə belə qərar qəbul etmək fikri yoxdur. Əksinə, ABŞ işğalçı dövlətə yardım etməkdə davam edir. Bu fakt onu göstərir ki, Qərb Azərbaycana qarşı münasibətdə səmimi deyil". Millət vəkili hesab edir ki, buna səbəb bizim türk və güclü olmağımızdır: "Qərb qarşısına Azərbaycana sərbə vurmaq məqsədi qoyub. Buna baxmayaraq, biz həm Qərbdən, hən də ABŞ-dan beynəlxalq hüquqa hörmət etməyi tətləb etməliyik".