Azərbaycanın artan nüfuzu Qərbi narahat edir

"Heç şübhəsiz ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi nüfuz məsələsidir. Məhz buna görə də Türkiyə və Azərbaycana qarşı düşünülmüş siyasət yürüdülür". Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Azərbaycanın artan nüfuzu Qərbi narahat edir: "Qərbin Azərbaycana qarşı sərgilədiyi mövqe heç bir nəticə verməyəcək. Bizim belə kompaniyalara qarşı müqavimətimiz var. Cəmiyyətin müxtəlif təbəqələri bu müqavimətə qoşulmalıdır. Azərbaycana qarşı həyata keçirilən məkrli siyasətə qarşı dirəniş göstərməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00