“Nədən Donbasda keçirilən seçkilər pislənilir, Dağlıq Qarabağa gələndə susulur”
1 May 2015 13:28 Siyasət"Həmsədrlər birgə açıqlama yayaraq separatçı rejimin bazar gününə planlaşdırdığı "parlament seçkisi"ni pisləməsələr də, Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını və keçiriləcək səsvermənin onun statusuna hər hansı bir təsir göstərməyəcəyini vurğulayıblar. "OLAYLAR"-ın xəbərinə görə, həmsədrlərin məlum açıqlamasına münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki, Rusiyanın mövqeyi onsuz da aydındır: "Amerika və Fransadan soruşmaq istərdik, nədən Donbasda keçirilən seçkilər pislənilir, bunun tərəflər arasında danışıqlar üçün yaxşı fon yaratmadığı vurğulanır, Dağlıq Qarabağa gələndə susulur. Bəzən onlar balans yaratmaq, guya vasitəçi olaraq neytral görünmək üçün ermənilərin üstünə getmədiklərini deyirlər. Həqiqətən belədirsə, onda bu yaxınlarda eməni uydurmasının 100 illiyinə qatılmaqla ona şərik çıxan Rusiya və Fransa prezidentləri nədən Xocalıda gözlərinin önündə baş verən əsl soyqırmı tanıyaraq onu törədənləri lənətləmirlər. Ədaləti qoyuruq bir qırağa, axı haqqında danışdıqları "balans" və "neytrallıq" bunu tələb edir".