Azərbaycanda olan Türkiyə vətəndaşlarının nəzərinə
30 Aprel 2015 17:07 SiyasətAzərbaycan və Naxçıvan Muxtar Respublikası ərazisində olan Türkiyə vətəndaşları mayın 31-də parlament seçkilərində səs verə biləcəklər. Bu barədə Trend Türkiyə Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir. Məlumata görə, parlament seçkilərində İran, Gürcüstan və Livanda olan ölkə vətəndaşları da mayın 31-də səs verə biləcəklər.
Qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərində 20 siyasi partiya iştirak edəcək. Seçkilərdə 53 765 231 seçici səs verə biləcək. Seçkilər çərçivəsində xaricdə 2,9 milyon Türkiyə vətəndaşı səs verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00