“Kerri Azərbaycana qarşı ermənilərlə eyni mövqedə dayanıb”
Elçin Mirzəbəyli: “O, Ermənistanın heç bir iqtisadi imkanları olmadığı halda, bu ölkəni ABŞ-ın iqtisadi tərəfdaşı elan edən qətnamənin qəbulunda rol oynayan şəxsdir”
30 Aprel 2015 16:33 Siyasət"Con Kerrinin Azərbaycandan nə istədiyi hər kəsə bəllidir, burada qeyri-adi hadisə yoxdur". ABŞ Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı başladılmış kampaniyaya münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə deyib. "Olaylar"a açıqlamasında E.Mirzəbəyli, Kerrinin Amerikadakı erməni lobbisindən siyasi məqsədləri üçün aldığı dəstəyin müqabilində hər zaman ermənilərə dəstək olduğunu qeyd edib: "Azərbaycana qarşı "907-ci düzəliş"in qəbul olunmasında Kerrinin rolunun olduğu birmənalıdır, onun müəlliflərindən biridir. Bundan başqa Ermənistanın heç bir iqtisadi imkanları olmadığı halda, bu ölkəni ABŞ-ın iqtisadi tərəfdaşı elan edən qətnamənin qəbulunda rol oynayan şəxsdir. Dəfələrlə qondarma erməni soyqırımını dəstəkləyən qətnamələrin hazırlanmasında da iştirak edib. Bu adam Azərbaycana qarşı düşmən mövqeyində dayanan və erməniləri himayə edən bir şəxsdir. Mövqeyi bəllidir". ("OLAYLAR İA")