“Azərbaycana qarşı təxribatçı fəaliyyət ABŞ-ın maraqlarına uyğun deyil”
30 Aprel 2015 15:49 SiyasətPolitoloq Qabil Hüseynli ABŞ Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniya başladılması barədə olan iddialara münasibət bildirib. Q.Hüseynlinin sözlərinə görə, əgər Azərbaycana qarşı Amerikada başlamış kampaniya Kerrinin ofisindən idarə olunursa, bu yolverilməz hadisədir. Azərbaycanın müstəqi dövlət olduğunu deyən politoloq ölkəmizin həmçinin ABŞ-la strateji əməkdaşlığının olduğunu da vurğulayıb: "Bunları nəzərə alanda bu cür təxribatçı addımlar atmaq Amerikanın maraqlarına uyğun deyil. Əgər belə bir fakt varsa, Amerika Azərbaycanla əlaqələrini və maraqlarını nəzərə almaqla, bundan imtina etməlidir. Hansısa müstəqil ölkənin daxili işlərinə qarışmaq doğru deyil". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00