Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır

Arzu Nağıyev: “Buna görə də Con Kerri və bu çəkili dövlət məmurlarını irəli verib öz maraqlarını güdürlər”

Azərbaycanın müstəqillik əldə etdikdən qısa müddət sonra qazandığı nailiyyətlər, iqtisadi sahədə dünyanın aparıcı inkişaf etmiş ölkələri ilə eyni sırada yer alması istər-istəməz müəyyən beynəlxalq gücləri narahat etməyə başladı. Hər ötən il ölkəmizin hansısa bir uğura imza atması Azərbaycanı istəməyən qüvvələr tərəfindən qarşı qərəzli mövqelərin ortaya qoyulması, əsassız ittihamların səslənməsi ilə müşahidə olunur. Bu proses indi də Birinci Avropa Oyunları ərəfəsində müşahidə edilməkdədir. AbtiAzərbaycan şəbəkəsi bu dəfə Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin ofisini də ölkəmizə qarşı kampaniyaya cəlb edə bilib. Bununla da dünyada demokratiya carçısı kimi tanınan ABŞ-ın əslində demokratiya adı altında dölətlərin müstəqil siyasətinə müdaxilə etdiyi bir daha təsdiqini tapıb.

Siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, əvvəlcədən də məlum idi ki, ilk Avropa Oyunları yaxınlaşdıqca müxtəlif dairələrin Azərbaycana qarşı həyata keçirmək istədikləri qara fikirlər intensivləşəçək: "Əlbəttə ki, burada əsas məqsəd qarşıdurma salmaq, ictimaiyyət arasında gərginlik yaratmaqdır. Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsi keçirilən zaman da buna cəhdlər oldu:
Yadınızdadırsa, müsəlman ölkəsi olan Azərbaycanda anoloqu olmayan bir aksiyaya əl atmaq istədilər, insan haqlarının tapdalanmasını bəhanə gətirərək cinsi azlıqların da nümayişini keçirmək arzusunda oldular. Bu məsələlərdə isə narazı təbəqə kimi kimdəm istifadə ediləcəyi də məlumdur - müxalifətin müəyyən qanadı və ya maliyyə dəstəyi xaricdən olan bəzi təşkilatların nümayəndələri nəzərdə tutulur. Məlumdur ki, ilk Avropa Oyunları vaxtı və ərəfədə icazəsiz heç bir mitinq və nümayiş keçirilməsinə imkan verilməyəcək, yəni asayişin pozulması kimi qiymətləndiriləcək və hüquqi cəhətdən də bu düzgün addım olacaq". Arzu Nağıyev bildirib ki, antiAzərbaycan qüvvələr bütün bu variantların iflasa uğrayacağını hiss edərək artıq daha "qlobal faza"ya keçir və məsələ ABŞ dövlət katibi səviyyəsinə çatdırılır: "İlk öncə müxtəlif fondlar adından danışılsa da, artıq bu məslələrin arxasında xüsusi xidmət orqanlarının maliyyə dəstəyi hiss olunur. Məlumdur ki, bu gün Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır. Onların düşüncəsinə görə, necə ola bilər ki, müsəlman dövləti ərəb ölkələrinə bənzəmir, əksinə olaraq ilk Avropa Oyunlarına ev sahibliyi edir? İlk Avropa Oyunları ərəfəsində və Oyunlar vaxtı dövlət haqqında mənfi rəy yaratmaq üçün yəqin ki, idmançılar və turistlərdən deyil, məhz akkreditə olunmauş bəzi xarici jurnalist və KİV nümayəndələrindən daha çox istifadə etməyi nəzərdə tutan fondlara yəqin ki, milyonlarla maliyyə vəsaiti ayıracaqlar və bəlkə də artıq ayırıblar.
Bu maliyyə dəstəyi isə maraqlı dövlətlərin rəsmilərinin icazəsi və marağı olmadan edilə bilməz. Məhz buna görə də Con Kerri və bu çəkili dövlət məmurlarını irəli verib öz maraqlarını güdürlər. Bu işlərdə hədəf kimi də bəzi yerli QHT-lərin arzuları özlərinə diqqət yetirmək, bunu dünya səviyyəsində yaymaq, etdiklərinin müqabilində siyasi divident və müəyyən maliyyə dəstəyi almaqdır". Ekspert əmin olduğunu bildirib ki,  bu yollarla dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə baş verməyəcək: "Çünki buna həm ictimaiyyət, həm də dövlətin özü tam hazırdır".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00