Azərbaycana qarşı kampaniya sübutlarla

Araşdırmada istinad olunmuş sənədlər yayılıb

"Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırmada istinad olunmuş sənədlər yayılıb. APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib. V. Mahirqızı bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb: "Ancaq təəssüf edirəm ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb". Onun sözlərinə görə, yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir. ABŞ Dövlət Departamentidə adıçəkilən yazı ilə bağlı münasibətini açıqlayıb. Departamentin sözçüsü Mari Harf ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edildiyini deyib. "Bu məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil".

Xatırladaq ki, qalmaqala səbəb olan yazıda I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı "qara piar" aparması həvalə olunmuş təşkilatların, KİV-in və şəxslərin adı qeyd eddlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00