“Steynar Gil yaxşı bilir ki, ..”
“Azərbaycan cəmiyyəti nə Əli Kərimlini, nə də İsa Qəmbəri dəstəkləmir”
30 Aprel 2015 14:11 SiyasətVaxtı ilə Azərbaycan müxalifətinin əsas müdafiəçisi qismində çıxış edən Norveçin Azəbaycandakı sabiq səfiri Steynar Gil də artıq onlardan üz döndərib. Keçmiş səfir bu günlərdə verdiyi müsahibədə bildirib ki, Azərbaycan müxalifəti, xüsusilə illərdir müxalifətdə olan Əli Kərimli və İsa Qəmbər artıq dəyişməlidir. Bəs görəsən Steynar Gili müxalifətdən narazı salan nədir? Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a bildirib ki, Steynar Gilin səfir kimi müxalif təşkilatlarla xüsusi münasibətləri olub və o daim radikal müxalifətin vəkili kimi çıxış edib: "Bu adam yaxşı bilir ki, Azərbaycan cəmiyyəti nə Əli Kərimlini, nə də İsa Qəmbəri dəstəkləmir və onların xalq arasında nüfuzu, sosial bazası yoxdur. Bu adamlar çoxdan Azərbaycanın siyasi tarixinə getməli olan şəxslərdir. Onsuz da heç birinin yanında ciddi siyasətçilər qalmayıb". BAXCP rəsmisi deyib ki, Əli Kərimli 18-19 yaşlı, təcrübəsiz gənclərin ümidinə qalıb: "Onlar da Əli Kərimlinin əsl kimliyini dərk edən kimi onun yanından uzaqlaşırlar".