Latviya mediası Avropa Oyunlarından yazdı
30 Aprel 2015 14:09 SiyasətDiaspor Jurnalistləri Birliyi İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, ilk olaraq DJB sədr Fuad Hüseynzdə və Latviya-Azərbaycan Dostluq Birliyinin sədri Azər Abasovun həmmüəllifliyi ilə "Azərbaycan İlk Avropa Oyunlarına hazırdır" adlı məqalə Latviyanın "Valmiera24" qəzetində və saytında (valmiera.pilseta24.lv) dərc olunub. Məqalədə İlk Avropa Oyunlarına Latviyanın 70 idmançısının qatılacağı bildirilir. Məqalədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördükləri işlərdən söz açılır. Yazıda Azərbaycan bütün bölgələrində, eləcə də paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqusunun artdığı qeyd olunur. Bildirilir ki, bu istiqamətdə Bakının Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir.