Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər
29 Aprel 2015 17:36 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri çərşənbə günü və cümə axşamı Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb. Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00