Latviyanın sabiq prezidenti: "Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır"

Azərbaycan Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının tərəfdaşlıq proqramında prioritet təşkil edir. "Avropa sülh içərisində yaşayır, lakin biz qonşularımız haqqında da düşünməli, tərəfdaşlığın baza prinsipləri barədə razılığa gəlməliyik", - deyə Zatlers vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00