Avropalı hüquqşünaslar vəkilləriməzə təlim keçəcəklər

Ölkəmizdə səfərdə olan "Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi"nin sədri xanım Maria Slazakın rəhbərlik etdiyi nümayəndə heyəti AR Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, rəyasət heyətinin üzvləri Anar Bağırov və Muxtar Mustafayev ilə görüşüblər. Azərbaycanın CCBE təşkilatına müşahidəçi üzvlük, avropalı və azərbaycanlı vəkillər arasında qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlıq və s. məsələləri müzakirə edilib. Daha sonra qonaqları Ədliyyə Nazirliyində nazir müavini Azər Cəfərov qəbul edib. Görüş zamanı vəkillərin tədris məsələsi xüsusi müzakirə predmeti olmuş və gələcəkdə də CCBE tərəfindən bizim vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Avropalı qonaqlar eyni zamanda Milli Məclisdə millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüş keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00