ABŞ-dan idarə olunan antiAzərbaycan şəbəkəsi

Beynəlxalq antiAzərbaycan şəbəkəsinin ölkəmizə qarşı qarayaxma, onun uğurlarını kölgə salmaq cəhdləri davam edir. Əgər son vaxtlara qədər bu şəbəkədə Avropada fəaliyyət göstərən və hər zaman öz qərəzli mövqeyi ilə seçilən bəzi ermənipərəst qeyri-hökumət təşkilatları təmsil olunurdusa, indi artıq okeanın o tayında olan müəyyən antiAzərbaycan qüvvələr də Bakıya qarşı eyni mərkəzdə cəmləşiblər. Birləşmiş Ştatlarda bu kampaniyanın təşkil olunması demokratik prinsiplərdən uzaq, yalnız qərəzli yanaşmalarla gündəmə gələn National Endowment for Democracy təşkilatına həvalə edilib. Hansı ki, qısa adı NED olan National Endowment for Democracy təşkilatı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən maliyyələşir və uzun illərdir ki,  Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu məqsədlə ötən illər ərzində Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb  mənbələrindən arzularında olduqları hakimiyyət çevrilişini milyonlarla dollar vəsait ötürülüb. İndiyə qədər sərf edilən vəsaitlərdən beynəlxalq antiAzərbaycan şəbəkəsinin daxildəki əlaltılarının "məqsədyönlü" şəkildə istifadə edə bilməməsi isə sözügedən qüvvələri əlavə tədbirlər görmək məcburiyyətində qoyub. Məlumata görə, başda NED olmaqla antiAzərbaycan şəbəkə ölkəmizlə bağlı xüsusi layihə hazırlayıb. Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycana qarşı aparılacaq təxribat xarakterli hərəkətlər təkcə I Avropa Oyunları üçün hesablanmayıb və sənəd qarşıdakı daha bir neçə ili əhatə edəcək. Artıq Birinci Avropa Oyunlarına qarşı kampaniyanın iflasa uğradığını görən şəbəkə indi də hədəfi növbəti illərdə Bakıda keçirilməsi nəzərdə tutulan digər beynəlxalq əhəmiyyətli tədbir və yarışlara çevirib. 2 il müddətində həyata keçiriləcək layihəyə hətta  artıq külli miqdarda vəsait də ayrılıb. Azərbaycana qarşı növbəti illərdə həyata keçiriləcək təzyiqlər zamanı isə yenə əsas oyunçu qismində Milli Şura çıxış edəcək. Bu arada Milli Şuranın mart ayından etibarən etiraz aksiyalarına start verməsi də onu deməyə əsas verir ki, artıq NED-in dili ilə desək "Azərbaycanı öz hərəkətlərinə görə cəzalandırmaq" ssenarisi işə düşüb.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, demokratik prinsiplərdən ağız dolusu danışan,  dünyaya demokratiya carçısı kimi tanınan Birləşmiş Ştatlar hökuməti də antiAzərbaycan şəbəkəsinin anti-demokratik addımlarına rəvac verir. Bir müddət əvvəl "Freedom House" təşkilatının sabiq rəhbəri Devid Kramer, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin Birləşmiş Ştatların dövlət katibi Con Kerriyə ünvanladığı müraciət, eləcə də həmin müraciətə olan ilgi belə deməyə əsas verir. Kerrinin xeyir-duası əsasında Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Təssüflər olsun ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Hansı ki, bu günə qədər Kerrinin mərkəzi ofisi, eləcə də dövlət katibinin özü ayrı-ayrı ölkələrdə hakimiyyətlərin dəyişilməsində maraqlı olmadıqları, bu istiqamətlərdə fəaliyyət göstərmədiklərini iddia ediblər. Ancaq son proseslər və əldə edilən məlumatlar tamam başqa şeyi söyləyir. Bu gün antiAzərbaycan qüvvələrin fəaliyyətinə dəstək verən, onların müraciətinə xüsusi həssaslıqla yanaşan Dövlət Departamenti, amerikalı konqreslər, dövlət katibləri 20 ildən artıq müddətdə Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar onlara edilən hər il bəlkə də minlərlə müraciətlərə məhəl qoymayıb. Bu gün insane hüquqlarından danışan, Azərbaycanı bu sahədə əsassız olaraq ittiham edən Con Kerri və onun antiAzərbaycan ətrafı bir milyona yaxın qaçqın və məcburi köçkünün hüququnun bərpasını bir dəfə də olsun dilə gətirməyib. Nəinki azərbaycanlı qaçqın və məcburi köçkünün hüququ, hətta öz ölkəsinin qara dərili vətəndaşının hüququnu belə qorumağa aciz qalıb. Hər gün okeanın o tayında ən azı bir qara dərili Amerika vətəndaşının fiziki təzyiqlərə məruz qalaraq dünyasını dəyişməsi Birləşmiş Ştatların insan hüquqları, demokratik prinsiplərə nə dərəcədə "önəm" verdiyini ortaya qoyur.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00