Azərbaycanın müstəqilliyi ABŞ-ı narahat edir

"Azərbaycanın heç kimin diktəsi olmadan, öz gücünə arxayın olaraq öz maraqlarını təmin etməsi ölkədən kənarda bir çoxlarını, o cümlədən ABŞ-ı narahat edir". Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına politoloq Fikrət Sadıxov Avropa Oyunları öncəsi anti-Azərbaycan kampaniyasının kökünün ABŞ Dövlət katibi Con Kerrinin ofisində olmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar zəif dövlətləri idarət etməyə adət ediblər. "Amerikalılar hesab edirlər ki, onların dominant mövqeləri mübahisə olunmamalıdır. Onların xarici siyasətlərində və prinsiplərində bu əsas postulatdır. Vaşinqtonun göstərişlərini qeyd-şərtsiz yerinə yetirən bir çox ölkələrə bu formatda baxırlar", - o əlavə edib. Politoloqun sözlərinə görə, bu gününü və gələcəyini öz gücünə arxalanaraq müəyyənləşdirən Azərbaycan dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ ilə tərəfdaş münasibətlərini saxlayır. Bununla belə heç kimə imkan vermir ki, ona nəyisə diktə eləsin. Bu da, sözsüz ki, Azərbaycandan kənarda bir çox ölkələri narahat edir. "Bütün narazılıqların və ağıl qoymaqların kökü bundadır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00