“Elçibəy gördü ki, Əli və İsa da bu ölkəni batıracaq, Heydər Əliyevi çağırdı”

Elsevər Mürsəlli: “Onu da unutmayaq ki…”

"1993-1994-cü illərdə Ulu öndər Heydər Əliyevi yalvara-yalvara Naxçıvandan Bakıya çağıran AXCP hakimiyyəti indi arxivində olanları danır. İndi isə AXCP Heydər Əliyevin öndərliyini danırlar, Cənab prezident İlham Əliyevə qarşı kampaniya aparır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə "Nida" Hərəkatının keçmiş, hazırda Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının üzvü Elsevər Mürsəlli çıxış edib. "İlham Əliyevin yürütdüyü siyasəti bəyənmir. Əziz cəbhəçilər, əgər Heydər Əliyev və İlham Əliyev siyasətdən anlamasaydılar, 1993-cü ildən bu yana hakimiyyətdə olmazdılar. Onu da unutmayaq ki, İsa Qəmbər və Əli Kərimli həmin vaxt Elçibəyin ətrafında idilər. Lakin rəhmətlik Elçibəy gördü ki, Əli də, İsa da bu ölkəni batıracaqlar, ona görə də Heydər Əliyevi Bakıya dəvət etdi" - deyə E.Mürsəlli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00