“Qondarma “erməni soyqırımı” siyasi virusdur və fəsadları görünməkdir”
Daşqın Gülməmmədov: “Soyqırım” təbliğatı artıq bir neçə fövqəldövlətin siyasi təsir vasitəsinə çevrilib”
28 Aprel 2015 15:50 Siyasət"Qondarma "erməni soyqırmı" nə tarix nə də ki, sadə təbliğatdır. Bu uzunmüdətli zaman üçün hazırlanmış siyasi virusdur və fəsadları görünməkdədir". Bunu "OLAYLAR"a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib. O, bildirib ki, 24 aprelə qədərki dövr və qondarma soyqırımın 100 ilik yubileyi günü dünya ictimai rəyinə ötürülən informasiyalar, onların tərzi və xarakteri onu deməyə əsas verir ki, qondarma "soyqırım" təbliğatı artıq bir neçə fövqəldövlətin siyasi təsir vasitəsinə çevrilib: "Acıqca görünür ki, qondarma "erməni soyqırımı" birbaşa Türkiyənin və Azərbaycanın yaxın gələcəkdə milli təhlükəsizliklərinə və əırazi bütovlüklərinə qarşı ciddi təsir vasitəsi kimi istifadə edilir. Ermənistan xüsusi xidmət orqanları, gizli analitik mərkəzləri və beynəlxalq erməni diasporası müstəqil şəkildə belə qlobal təbliğat kompaniyası, siyasi təsir və hüquqi prosedurlar həyata keçirə bilməzlər. Bu məsələdə bir, iki yox ən azı beş fövgəldövlətin xüsusi xidmət orqanları, gizli analitik mərkəzləri və informasiya-təxribat qrupları koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədirlər. Dəsti xəttdən aydın görünən odur ki, erməni ideologlarının "Dənizdən dənizə böyük Ermənistan" planı fövqəldövlətlərin və beynəlxalq güclərn əlində vasitəyə çevrilib. Məqsəd Türkiyəyə beynəlxalq hüquq vasitəsiylə "qatil, cinayətkar dövlət" statusu verməkdir".