“Onun erməni sevgisi şəhidlərin ruhuna təhqirdir”

Arif Hacılı Əlikram Hümmətovun bəyanatını pisləyib

Separatçı Əlikram Hümmətovun qondarma  erməni soyqırımını tanıması və "Yaşasın Böyük Ermənistan" deməsi siyasi partiyaların narazılığına səbəb olub. Müsavat başqanı Arif Hacılı bildirib ki, Əlikram Hümbətovun nə talışlara, nə türklərə heç bir aidiyyatı yoxdur: "O öz fəaliyəti və açıqlamaları ilə əsrlər boyu birlikdə yaşamış,tarixi, ənənələri, dini bir-birinə qovuşmuş, ortaq ailələri, qəhrəmanları, şəhidləri olan millətləri qarşı-qarşıya qoymağa səy göstərir. Azərbaycanda yaşayan millətlər arasında etimadsızlıq mühiti yaratmaqla, bundan öz şəxsi, maraqları üçün faydalaqnmağa çalışır. Bizə qarşı əsrlər boyu törədilən cinayətlər barədə Balayanın,Sarqsyanın mövqeyindən danışır". Arif Hacılı deyib ki, Əlikramın gizlətmədiyi erməni simpatizianlığı, ərazilərimizin işğalına haqq qazandırması, on minlərlə şəhidlərimizin, istiqlalımız və ərazi bütövlüyümiz uğrunda həlak olan hər kəsin ruhuna, bütövlükdə Azərbaycan xalqına qarşı təhqirdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00