Arif Hacılıdan AXCP-yə jest
Müsavat başqanı Əli Kərimlini təbrik etdi
28 Aprel 2015 14:58 SiyasətMüsavat başqanı Arif Hacılı ad günü münasibətilə AXCP sədri Əli Kərimlini təbrik edib. Facebook sosial şəbəkəsində Arif Hacılı yazıb: "Azərbaycan Xalq Hərəkatının fədakar nümayəndələrindən biri, AXCP sədri Əli Kərimlini 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, şəxsi həyatında xoşbəxtlik, siyasi fəaliyyətində uğurlar arzulayıram". Bu təbrik Müsavat başqanının AXCP sədrinə barış jesti kimi dəyərləndirilir. Qeyd edək ki, Milli Şuradan çıxandan sonra AXCP Müsavata münasibəti pisləşmişdi. Milli Şuranın mitinqlərinin birində Müsavat rəhbərliyi tribunaya dəvət edilməmiş, Arif Hacılı başqan seçilməsi münasibətilə təbrik edilməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00