ATƏT-in fəaliyyətdə olan sədri Bakı və İrəvanda Qarabağdan danışacaq
28 Aprel 2015 12:54 SiyasətATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazir müavini və XİN başçısı İvitsa Daçiç Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Trend-ə bu barədə diplomatik mənbələrdən məlumat verilib. Mənbənin sözlərinə görə, İ.Daçiçin Azərbaycana səfəri mayın 31-nə planlaşdırılıb. Onun Azərbaycandan sonra Ermənistan və Gürcüstana səfər edəcəyi bildirilir.
Qeyd edək ki, Serbiya bu ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00