Prezident nitq söylədi
İlham Əliyev Bakıdakı III Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılıb
28 Aprel 2015 12:41 SiyasətAprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb. Anspress-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edir. Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıq elan edib. Dövlət başçısı mərasimdə nitq söyləyib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunub. Tədbirə onlarla ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərindən, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-dən çox nümayəndə qatılıb. III Qlobal Açıq Cəmiyyətlər Forumu aprelin 30-dək davam edəcək.