Avropa Şurası Nazirlər Kabinetinin sədri Azərbaycana gəlir
27 Aprel 2015 18:12 SiyasətAprelin 27-29-da Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinders Azərbaycanda səfərdə olacaq. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Didier Reindersin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00