Putinin Qarabağ həlli başlayır
9 mayda İrəvan üçün heç də yaxşı xəbərlərin yayılmayacağı deyilir
27 Aprel 2015 16:35 SiyasətErməni mətbuatı 24 aprel "soyqırım" tədbirlərindən sonra diqqəti 9 mayda Moskvada keçiriləcək qələbə paradına yönəldib. ANS PRESS-in məlumatına görə, az-çox müstəqil olan erməni saytları 9 mayda Moskvada İrəvan əleyhinə proseslərin cərəyan edəcəyini proqnozlaşdırırlar. 24 apreldə İrəvana səfər edən Rusiya prezidenti Vladimir Putinin bundan sonra Ermənistanla siçan-pişik oyununa son qoyacağı bildirilir. KİV Putinin 9 mayda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşünü təşkil edəcəyini yazır. Putinin Ermənistana Qarabağ münaqişəsinin həlli üçün öz planını qəbul etdirəcəyi deyilir. "Avrasiya İqtisadi İttifaqının dağılması və Rusiyanın tərkibinə daxil olmağa hazır olmaq lazımdır", - deyə erməni KİV-ləri həyəcan təbili çalır.