Dağlıq-Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq
27 Aprel 2015 15:04 SiyasətErmənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, E.Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvandakı birgə konfransında bildirib. "Birisi gün həmsədrlərlə görüşəcəm", - deyə erməni nazir bildirib. Ermənistan XİN-in ilkin məlumatına görə, görüş Parisdə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00