İlham Əliyev başsağlığı verdi
Güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı
25 Aprel 2015 23:51 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Baran Yadavaya başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, başsağlığında deyilir: "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00