MSK sədri Qazaxıstana gedib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb. MSK-dan "OLAYLAR"-a bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00