Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmazın dəvətilə baş tutub. Səfər zamanı nazir Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00