Azay Quliyev Danimarkada ATƏT PA-nın müzakirələrində iştirak edəcək
23 Aprel 2015 17:32 SiyasətDanimarkada ATƏT Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda büro katibliyinin fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq, bəzi qətnamə layihələri və digər sənədlərə dair müzakirələr aparılacaq. Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, deputat Azay Quliyev iclasda iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq. Səfər çərçivəsində deputat təşkilatın "Helsinki+40" mövzusunda keçiriləcək seminarında da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00