Müxalifət Türk Şəhidliyini ziyarət edəcək
23 Aprel 2015 17:22 Siyasət24 aprel-Çanaqqala zəfərinin 100 illiyini ilə bağlı siyasi partiyalar da bir sıra tədbirlər keçirəcək. Azərbaycan Milli İstiqlal Partiyasından "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən müqəddəs Xiyabandakı Türk şəhidləri ziyarət ediləcək. Partiya onların əziz xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaq. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da aprelin 24-də Xilasgar Türk əsgərini ziyarət edəcək. Bununla bağlı acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, partiya 2007-ci ildən bu günə qədər abidəni ziyarət edir:"BAXCP heab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Gününü kimi qeyd olunmalıdır. Və bu səbəbdən də BAXCP artıq 7 ildir ki, Türk Abidəsinə əkil qoyur və onu ziyarət edir. Bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün BAXCP siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edir. Sabah ziyarətdən sonra BAXCP ali məclisinin sessiyasında Çanaqqala səfərinin 100 illiyi ilə bağlı tarixçi- alim Vaqif Abışov geniş məruzə ilə çıxış edəcək. Artıq bu məsələ sesiyanın gündəliyinə də salınıb. Biz bunu bir mənəvi borc bilirik. Çanaqqala səfəri tək anadolu türklərinin tarixi qələbəsi deyil, o həmçinin bütün türk dünyasının qələbəsidir. Və bizlər də bu qələbəni birgə qeyd etməliyik"