Prezident Türkiyəyə gedir
23 Aprel 2015 17:16 SiyasətPrezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dövlət başçısının səfərində məqsəd aprelin 24-də Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir. Tədbirdə Rusiya Dövlət Dumasının spikeri, Fransanın milli müdafiə naziri, İraq prezidenti, Avstraliya və Yeni Zenlandiyanın baş nazirləri və digər rəsmi şəxslər iştirak edəcək.
Həmin gün Ərdoğan qonaqlara "Savarona" gəmisində axşam yeməyi verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00