Türkiyə səfirini geri çağırdı
Rəsmi Ankara "erməni soyqırımı"nı tanıyan Avstriya ilə bağlı qərar verdi
23 Aprel 2015 10:14 SiyasətTürkiyə "Erməni soyqırımı"nı tanıyan Avstriyadan səfirini geri çağırıb.ANS PRESS-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, səfir məsləhətləşmələr üçün Ankaraya çağrılıb:"Avstriya parlamentinin "erməni soyqırımı" ilə bağlı tarixi faktlara zidd olan bəyanatı Türkiyədə hiddətlə qarşılandı. Bununla bağlı mövqeyimizi Avstriyanın Ankaradakı səfirinə çatdırmışıq. Türkiyənin Vyanadakı səfiri Həsən Goğuş isə məsləhətləşmələr üçün geri çağırılıb".Bu gün Avstriya parlamenti "erməni soyqırımı"nı tanıyaraq bəyan etmişdi ki, Türkiyə Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı etdiyini etiraf etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00