Milli Məclisin deputatı AŞ PA-da baş məruzəçi seçildi
22 Aprel 2015 20:00 SiyasətAzərbaycan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial Məsələr, Sağlamlıq və Davamlı İnkişaf komitəsində uşaqlar üzrə baş məruzəçi seçilib. Trend-in məlumatına görə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü olan S.Fətəliyeva bundan sonra uşaq məsələlərində qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rol oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00