Yaqland: Dağlıq Qarabağ münaqişəsi tərəfləri dialoq qurmalıdır
22 Aprel 2015 18:43 SiyasətAvropa Şurası (AŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk qrupunun səylərinə və həmsədrlərin fəaliyyətinə dəstək verir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu AŞ-nin baş katibi Torbyorn Yaqland Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə deyib. Onun sözlərinə görə, sülhün əldə edilməsi üçün münaqişə tərəfləri arasında dialoq qurmaq vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00