Elmar Məmmədyarov Moskvaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tezliklə Moskvaya səfər edəcək. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib. O, səfərin may ayında nəzərdə tutulduğunu desə də, konkret tarixi dəqiqləşdirməyib: "Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, əməkdaşlığın geniş spektrini müzakirə edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00