Müxalifət Avropa Birliyini qınadı

Qarabağ Blokunun növbəti iclası keçirilib. Blokdan "OLAYLAR"-a bildirilib ki,  iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə Avropa Parlamentinin qondarma erməni "soyqırımı"nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib və tarixi reallıqlara söykənməyən, antitürk, antimüsəlman övqatı özündə əks etdirən bu qətnaməni qətiyyətlə pisləyib. Blok üzvləri bu qərarın qardaş Türkiyəyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq qəbul edildiyini, Avropa Birliyinin öz əcdadlarından miras aldığı xristian təəssübkeşliyindən qaynaqlandığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00