Azay Quliyev ATƏT-in tədbirində iştirak edəcək

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq. MM-dən verilən məlumata görə, Kopenhagen şəhərində qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək. Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar məsələlərə baxılacaq, eyni zamanda bəzi qətnamə layihələrinin və digər sənədlərin müzakirəsi aparılacaq. Səfər çərçivəsində təşkilatın "Helsinki+40" mövzusunda seminarının keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00