Obama İrəvana yollanacaq nümayəndə heyətinin tərkibini elan edib
22 Aprel 2015 10:50 SiyasətABŞ prezidenti Barak Obama İrəvanda uydurma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibini elan edib.APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bununla bağlı dərc olunmuş rəsmi məlumatda "soyqırımı" sözü əvəzinə "1915-ci il hadisələri" ifadəsi istifadə olunmayıb Məlumata görə, Amerika nümayəndə heyətinə tədbirdə ABŞ maliyyə naziri Ceykob Lyu rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin ABŞ-ın İrəvandakı səfiri Riçard Mils, Konqres Nümayəndələr Palatasının üzvləri Ceki Speyer, Frenk Pallone, Anna Eşu və Deyv Trott daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00